Basketbol üzrə Azərbaycan millisi növbəti sınağına çıxır
Operativ Media
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi bu gün AVRO-2029-un seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Operativ Media xəbər verir ki, yığmamız Şimali Makedoniyanı qəbul edəcək.
Bakı İdman Sarayında baş tutacaq qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
Daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzan Azərbaycan millisi İrlandiyanı (76:75) məğlub edib.
Qeyd edək ki, Şimali Makedoniya 6 xalla A qrupunda liderdir. Lüksemburq 5 xalla ikinci, Azərbaycan millisi 4 xalla üçüncüdür. Bütün oyunlarda uduzan İrlandiya 3 xalla dördüncü pillədə qərarlaşıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net