Menyu

Azərbaycan çempionatında son 8 mövsümün azarkeş rekordu qırıldı

Operativ Media
Azərbaycan çempionatında son 8 mövsümün azarkeş rekordu qırıldı

Misli Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.

Operativ Media PFL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, XXII turun son oyununa təsadüf edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Qarabağ” – “Sabah” matçını (3:3) 10 min 361 tamaşaçı izləyib.

Bunadək rekord XII turda qeydə alınmışdı. 2025-ci il noyabrın 21-də baş tutan “Sumqayıt” – “Qarabağ” oyununa 9100 seyrçi tamaşa edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı matçda qonaqlar qalib gəlib – 4:2.

“Qarabağ” – “Sabah” matçındakı göstərici təkcə cari deyil, son 8 mövsümün rekordudur. Daha çox tamaşaçıya sonuncu dəfə 2017/18 mövsümündə təsadüf olunub. 2017-ci il noyabrın 5-də Gəncə şəhər stadionunda keçirilən XI turun “Kəpəz” – “Qarabağ” qarşılaşmasında (0:2) 13 min 300 seyrçi qeydə alınıb.

Əlaqəli Xəbərlər