AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D lisenziyalı məşqçi kursu başa çatıb
AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə keçirilən D lisenziyalı məşqçi kursu uğurla başa çatıb.
Operativ Media xəbər verir ki, kurslara 100 namizəd arasından 25 iştirakçı seçilib
Bayıl stadionunda 3 gün davam edən tədris proqramı çərçivəsində iştirakçılara məşq prosesinin planlaşdırılması, yaş xüsusiyyətlərinə uyğun məşqlərin təşkili, texniki və praktiki hazırlığın əsasları, eləcə də futbolçularla düzgün ünsiyyət və pedaqoji yanaşma prinsipləri barədə məlumat verilib
Kursa təltifetmə mərasimi ilə yekun vurulub. AFFA baş katibinin müavini Elçin Məmmədov, BFF-nin prezidenti Tahir Süleymanov, Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov kurs iştirakçılarını əldə etdikləri D lisenziyası münasibəti ilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Sonda kursu uğurla başa vuran iştirakçılara AFFA tərəfindən D lisenziyalı məşqçi sertifikatları, kursun təşkilində və keçirilməsində əməyi olanlara isə BFF-nin xüsusi diplomları təqdim edilib
AFFA-nın qəbul etdiyi Futbolun İnkişaf Strategiyasının tələblərinə uyğun olaraq növbəti D lisenziyalı kurslar bu ayda keçiriləcək.