Menyu

Azərbaycan güləşçisi beynəlxalq turnirdə çempion oldu

Operativ Media
Azərbaycan güləşçisi beynəlxalq turnirdə çempion oldu

Albaniyanın paytaxtı Tiranada keçirilən "Muhamet Malo" turnirində çıxış edən Ziya Babaşov (63 kq) çempion oldu. 

Operativ Media xəbər verir ki, yunan-Roma güləşi üzrə milli komandanın üzvü reytinq xarakterli yarışdakı çıxışını belə şərh edib:

"İlk öncə hər kəsi salamlayıram. Mənə dua edən və dəstək olan hər kəsə minnətdaram. Yarış yüksək səviyyədə və güclü rəqabət şəraitində keçdi. İddialı rəqiblər çox idi. Bu, mənim üçün ən önəmli yarışlardan biri idi.

Finala qədər yaxşı görüşlər keçirdim. Finalda komanda yoldaşımla qarşılaşdım. Biz Sakit Quliyevlə dost və komanda yoldaşı olsaq da, xalça üzərində hər birimiz qələbə uğrunda əlimizdən gələni edirik. Ümid edirəm ki, finala layiq bir görüş nümayiş etdirə bildik.

Bu qələbənin arxasında çox insan – məşqçilər korpusu və komandamız dayanır. Bu uğur onların da əməyinin nəticəsidir. Reytinq turnirində ilk medalımdır. Buna görə çox qürurluyam. İnanıram ki, uğurlarımız davamlı olacaq".

Əlaqəli Xəbərlər