Prezidentin köməkçisi: "Azıx" mağarasında tədqiqatlar davam edir
“Azıx” mağarasında yerli və beynəlxalq alimlər tərəfindən tədqiqatlar davam edir.
Operativ Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında etdiyi paylaşımda bildirib.
"Azıx mağarası Qafqazda və ümumilikdə Avrasiyada ən mühüm Paleolit dövrü abidələrindən biri hesab olunur. Hazırda burada həm beynəlxalq, həm də yerli alimlərin iştirakı ilə arxeoloji tədqiqatlar davam edir. Bu araşdırmaların Neandertalların və Homosapienslərin fəaliyyətləri barədə, o cümlədən onların bölgədə birgə və ya paralel şəkildə yaşamış ola bilmələri ehtimalı haqqında mühüm məlumatlar ortaya qoyacağı gözlənilir”, - Hikmət Hacıyev qeyd edib.
Azıx Cave is considered one of the most significant Paleolithic sites in the Caucasus and across Eurasia.
— Hikmet Hajiyev (@HikmetHajiyev) March 16, 2026
Currently, archaeological research is ongoing with the participation of both international and local scholars. These studies are expected to shed important light on the… pic.twitter.com/6DgBlkC9e5