Milli Məclisin növbəti plenar iclası keçirilir
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.
Operativ Media xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 9 məsələnin müzakirəsi daxil edilib.
Gündəliyə təklif olunan məsələlər aşağıdakılardır:
1. “2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş “Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə”yə dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə qanun layihəsi.
2. “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi.
3. “Yerin təki haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).
4. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).
5. Əmək Məcəlləsində və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
6. “Mədəniyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
7. Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).
8. Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
9. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş)