Menyu

Cəbrayılın Horovlu kəndində növbəti əmək yarmarkası keçiriləcək

Operativ Media
Cəbrayılın Horovlu kəndində növbəti əmək yarmarkası keçiriləcək

Cəbrayıl rayonunun Horovlu kəndində növbəti əmək yarmarkası keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, aktiv məşğulluq tədbiri martın 18-i, saat 10:00-da Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Cəbrayılın Horovlu kəndində yerləşən inzibati ofisində təşkil olunacaq.

Yarmarkada hörgüçü, rəngsaz, elektrik köməkçisi, yol mühəndisi, üzlükçü, sürücü, qaynaqçı və s. üzrə vakansiyalar təqdim olunacaq.

Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər