Menyu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib

Operativ Media
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib
1 dəq oxu

Prezident İlham Əliyev "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edib.

Operativ Media xəbər verir ki, bununla bağlı Prezident yeni fərman imzalayıb.

Fərmana əsasən, nazirin müavinlərinin sayı 5-dən 6-ya çatdırılıb.

Müavinləri vəzifəyə dövlət başçısı təyin edir və vəzifədən azad edir. Nazir müavinləri nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

Əlaqəli Xəbərlər