Menyu

AYNA: Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Operativ Media
AYNA: Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 161, 162, 185, 198 və 551 nömrəli şəhərətrafı, 333 nömrəli qəsəbədaxili, eləcə də Bakı–Gəncə, Bakı–Mingəçevir, Bakı-Şəki, Bakı–Göyçay, Bakı-Ağcabədi, Bakı-Astara, Bakı-Horadiz, Lənkəran-Astara, Astara-Lənkəran, Mingəçevir–Yevlax və Yevlax-Mİngəçevir şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır.

AYNA-dan Operativ Media-ya verillən məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 15 aprel 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (Mob 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən

Bakı–Gəncə, Bakı–Mingəçevir, Bakı-Şəki, Bakı-Göyçay, Bakı-Ağcabədi və Bakı-Astara istiqamətlərində 7 lot üzrə mayın 5-də;

Bakı-Horadiz, Lənkəran-Astara, Astara-Lənkəran, Mingəçevir–Yevlax və Yevlax-Mİngəçevir istiqamətlərində 5 lot üzrə mayın 8-də;

161 nömrəli (Əmircan qəsəbəsi - Hövsan qəsəbəsi), 162 nömrəli (Ramana Yeni yaşayış kompleksi - "Koroğlu" NMM), 185 nömrəli (Kürdəxanı qəsəbəsi - Qara Qarayev prospekti), 198 nömrəli (“Koroğlu” NMM - Zabrat qəsəbəsi) şəhərətrafı, 333 nömrəli (Binə qəsəbəsi (Yeni yaşayış massivi) - (Sovxoz yaşayış massivi)) qəsəbədaxili və 551 nömrəli (Bakı Beynəlxalq Avtovağzal Kompleksi – “Atyalı” yaşayış massivi) şəhərətrafı avtobus marşrutları üzrə 6 lotda mayın 12-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Əlaqəli Xəbərlər