Sabah qısa iş günü olacaq
Operativ Media
Xəbər verdiyimiz kimi, martın 20-dən etibarən Azərbaycanda 11 günlük bayram tətili başlayır.
Operativ Media xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2026-cı ildə martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramıdır.
Martın 20-si və 21-i isə Ramazan bayramına təsadüf edir.
Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.
Beləliklə, martın 19-da Azərbaycanda qısa iş günü olacaq.
Qeyd edək ki, Novruz və Ramazan bayramları ilə əlaqədar qeyri-iş günləri: 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləridir.