Menyu

Azərbaycanda yanvar-fevral aylarında 59 min daşınmaz əmlakın mülkiyyət hüququ qeydiyyata alınıb

Operativ Media
Azərbaycanda yanvar-fevral aylarında 59 min daşınmaz əmlakın mülkiyyət hüququ qeydiyyata alınıb

Bu ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 58 996 daşınmaz əmlak üzərində mülkiyyət hüququnu qeydiyyata alıb.

Operativ Media Dövlət Xidmətinə istinadən xəbər verir ki, 2 ay ərzində qeydiyyata alınmış mülkiyyət hüququnun 10 448-i və yaxud 17,7 %-i ilkin, 48 548-i və yaxud 82,3 %-i isə təkrar qeydiyyatın payına düşüb.

Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində 12 704, mənzil üzərində 13 865, torpaq sahəsi üzərində 30 313, qeyri-yaşayış binası üzərində 561, qeyri-yaşayış sahəsi üzərində 1 452, əmlak kompleksi üzərində 85 və çoxmərtəbəli yaşayış binaları üzərində 16 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Yeni mülkiyyət hüquqlarının 14 604-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşüb.

Yanvar-fevralda 41 323 texniki pasport tərtib edilib, 10 004 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Əlaqəli Xəbərlər