Menyu

Səudiyyə Ərəbistanı Azərbaycanda həssas əhali qruplarına 20 tonluq xurma təhvil verib

Operativ Media
Səudiyyə Ərəbistanı Azərbaycanda həssas əhali qruplarına 20 tonluq xurma təhvil verib

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində olub.

Operativ Media xəbər verir ki, görüş Səudiyyə Ərəbistanı tərəfindən Ramazan bayramı münasibətilə ölkəmizə göndərilən, həssas əhali qruplarına aid şəxslərə bayram sovqatı kimi nəzərdə tutulan 20 tonluq xurma payının təhvil verilməsi məqsədi daşıyıb.

Göndərilən sovqat Bakı şəhərində həssas əhali qruplarından olan 7 min şəxsə paylanıb.

Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Agentliyin fəaliyyət istiqamətləri, həssas əhali qruplarından olan şəxslərə göstərilən xidmətlər və sosial müdafiə tədbirləri barədə məlumat verib.

Səfir qeyd edib ki, xurma payının bir hissəsi isə Qafqaz Müsəlmanları İdarəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim olunub.

Əlaqəli Xəbərlər