Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində yeni svetoforlar işə salınıb - YENİLƏNİB
Yasamal rayonu, Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində ilk dəfə yeni quraşdırılan svetoforlar işə salınıb.
Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən nəqliyyat və piyada bölməli 9 ədəd quraşdırılan yeni svetoforlar Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti və “20 Yanvar” dairəsi istiqamətində birbaşa çıxışı təmin edir.
Qeyd edək ki, işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin həyata keçirdiyi layihəsi çərçivəsində icra edilib.
***
09:34
Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində ilk dəfəTbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində yeni svetoforlar quraşdırılıb.
Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Svetoforlar bir neçə dəqiqədən sonra istifadəyə veriləcək.
Paytaxtın Yasamal rayonu, Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən “L” və “A” tipli dirəklərindən ibarət olmaqla, nəqliyyat və piyada bölməli 9 ədəd svetofor dirəyi quraşdırılıb.
Bir neçə dəqiqədən sonra yol hərəkəti iştirakçılarının istifadəsinə verilən yeni svetoforlar Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti və “20 Yanvar” dairəsi istiqamətində birbaşa çıxışı təmin etmək məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin həyata keçirdiyi layihəsi çərçivəsində quraşdırılıb.