Menyu

Sabunçu rayonunda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Operativ Media
Sabunçu rayonunda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində baş verən silsilə oğurluq faktlarının üstü açılıb.

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, müxtəlif tarixlərdə rayon ərazisində yerləşən 9 evdən ümumilikdə 25 min manat dəyərində məişət əşyaları, təmir-tikinti alətləri, elektrik naqilləri, məişət texnikası, həmçinin pul və qızıl-zinət əşyaları oğurlanıb.

Keçirilmiş tədbirlərlə qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 33 yaşlı Ramil Əsgərov saxlanılıb. *Onun etdiyi oğurluqların bir neçəsi müşahidə kameraları vasitəsilə də görüntülənib.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər