Daha bir avtobusda ödəniş nağdsız olacaq
Operativ Media
Martın 23-dən Bakının Binəqədi qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 41 nömrəli müntəzəm marşrutda nağdsız ödəniş tətbiq ediləcək.
Bu barədə Operativ Media-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata əsasən, marşrut üzrə 15 yeni "İsuzu" markalı avtobus fəaliyyət göstərir. Nəqliyyat vasitələri müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Avtobuslarda gedişhaqqı 0,60 manat müəyyən edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net