Menyu

Paytaxtın 42 küçə və prospektində təmir işləri aparılacaq - SİYAHI

Operativ Media
Paytaxtın 42 küçə və prospektində təmir işləri aparılacaq - SİYAHI

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, həmçinin Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar yol infrastrukturunun təkmilləşdirilməsi məqsədilə cari təmir işləri həyata keçiriləcək.

AAYDA-dan Operativ Media-ya verilən məlumata görə, qeyd olunan işlərin bayram günlərinə təsadüf etməsi və nəqliyyat axınının nisbətən azalması nəzərə alınaraq həyata keçirilməsi planlaşdırılıb.

Bu çərçivədə, paytaxtın bir sıra avtomobil yollarında 23 mart 2026-cı il saat 08:00-dan 30 mart 2026-cı il saat 22:00-dək təmir işləri aparılacaq.

Təmir ilə əlaqədar hərəkət bağlanmayacaq, məhdudiyyətlər yalnız təmir işləri aparılan zolaqlar üzrə tətbiq ediləcək.

Agentlik tərəfindən təmir işləri ümumilikdə 42 ünvanda aparılacaq. Təmir olunacaq küçələrin ümumi sahəsi 151 849 kv.m təşkil edir.

Təmir aparılacaq küçə və yolların siyahısı:

 1. Heydər Əliyev prospekti (“Ramstore” körpüsündən Heydər Əliyev Beynəlxalq Hava Limanı körpüsünədək)

 2. 8 Noyabr prospekti (Yusif Səfərov küçəsindən C.Naxçıvanski adına Hərbi Liseyədək)

 3. Ziya Bünyadov prospekti (“20 Yanvar” metrostansiyasından “Koroğlu” qovşağınadək)

 4. Babək prospekti (“Ramstore” körpüsündən Lütfi Zadə küçəsinədək)

 5. İnşaatçılar prospekti (İzmir küçəsindən Hüseyn Cavid prospektinədək)

 6. Tbilisi prospekti (Abbasqulu ağa Bakıxanov küçəsindən “20 Yanvar” metrostansiyasınadək)

 7. Nəriman Nərimanov prospekti

 8. Bayraq meydanına gedən yol (Azneft meydanından Əhəd Yaqubov küçəsinədək)

 9. Hüseyn Cavid prospekti (Abdürrahim bəy Haqverdiyev küçəsindən Mikayıl Müşfiq küçəsinədək)

 10. Abbas Mirzə Şərifzadə küçəsi (Mətbuat prospektindən Müzəffər Həsənov küçəsinədək)

 11. İzmir küçəsi

 12. Koroğlu Rəhimov küçəsi (Təbriz küçəsindən Həsən Əliyev küçəsinədək)

 13. Fətəli xan Xoyski küçəsi (“Gənclik” metrostansiyasından Əliyar Əliyev küçəsinədək)

 14. Atletlər kəndinə gedən yol (Heydər Əliyev prospektindən Xəlil Rza Ulutürk küçəsinədək)

 15. Salyan şosesi (“Bibiheybət” məscidindən Bakı kənar dairəvi yolunadək)

 16. Bakı Dairəvi I avtomobil yolu

 17. Zığ şosesi (beton yol)

 18. Abbasqulu ağa Bakıxanov küçəsi (İzmir küçəsindən Ceyhun Hacıbəyli küçəsinədək)

 19. Rəşid Behbudov küçəsi (Neftçilər prospektindən Abbasqulu ağa Bakıxanov küçəsinədək)

 20. Yusif Səfərov küçəsi

 21. Üzeyir Hacıbəyli küçəsi

 22. Zərifə Əliyeva küçəsi

 23. Mehdi Hüseyn küçəsi (Cəfərov qardaşları küçəsindən Şeyx Şamil küçəsinədək)

 24. Şeyx Şamil küçəsi (İstiqlaliyyət küçəsindən Mehdi Hüseyn küçəsinədək)

 25. Vaqif küçəsi (“Gənclik” metrostansiyasından Səməd Vurğun küçəsinədək)

 26. Səməd Vurğun küçəsi (Yusif Vəzir Çəmənzəminli küçəsindən Neftçilər prospektinədək)

 27. Pirşağı–Bilgəh avtomobil yolu (Pirşağı hövzəsi üzrə qəbuledici kanalizasiya kollektorunun tikintisi layihəsi)

 28. Təbriz küçəsi (Əliyar Əliyev küçəsindən Ceyhun Hacıbəyli küçəsinədək)

 29. Bibiheybət şosesi

 30. Azər Məmmədov küçəsi (Mehdi Abbasov küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsi)

 31. Yeni Günəşli qəsəbəsi, İlqar Musayev küçəsi

 32. Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi

 33. Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsi

 34. Binə qəsəbəsi, Hicran Hasilov küçəsi

 35. Qala dördyol ayrıcından Zığ–Heydər Əliyev Beynəlxalq Hava Limanı yoluna gedən hissə

 36. Qala–Pirallahı yolundan Zirə qəsəbəsinə gedən yol

 37. Pirallahı qəsəbəsi, Süleyman Bağırov küçəsi

 38. Novxanı–Pirşağı yolu

 39. Xırdalan dairəsi–Binəqədi yolu

 40. Balaxanı–Binəqədi yolu

 41. Binəqədi–Novxanı yolu

 42. Lökbatan–Güzdək yolu (1–9-cu km)

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir ərazilərində hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və ərazilərdə quraşdırılacaq müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, - məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər