Menyu

“OBA” Ramazan ayının sevincini qonşular və uşaqlarla bölüşüb

Operativ Media
“OBA” Ramazan ayının sevincini qonşular və uşaqlarla bölüşüb

Bu il fəaliyyətinin 10 illiyini qeyd edən “OBA” marketlər şəbəkəsi “Qonşuluqda 10 iz” layihəsi çərçivəsində “Ramazan bərəkəti OBA-dadır” adlı korporativ sosial məsuliyyət layihəsini həyata keçirib. Layihə çərçivəsində “OBA” Ramazan sevincini qonşular və uşaqlarla bölüşüb.

Operativ Media xəbər verir ki, Ramazan ayı paylaşmağın, həmrəyliyin və mənəvi dəyərlərin daha da ön plana çıxdığı xüsusi bir dövrdür. Bu müqəddəs günlərdə “OBA” marketlər şəbəkəsi həyata keçirdiyi sosial məsuliyyət təşəbbüsü ilə Ramazan sevincini müxtəlif ünvanlarda insanlarla paylaşıb.

Layihə çərçivəsində hazırlanan isti və ləzzətli yeməklər bir neçə gün ərzində iftar ərəfəsində ehtiyacı olan insanlara təqdim olunub. Təşəbbüsün əsas məqsədi yalnız süfrələrə deyil, eyni zamanda qəlblərə də toxunmaq, Ramazan ayının birlik, mərhəmət və paylaşma ruhunu daha geniş şəkildə yaşatmaq olub.

Sosial layihə çərçivəsində “Azərbaycan Uşaqları” İctimai Birliyi və "Mehriban” Qadınlara Yardım İctimai Birliyi də ziyarət edilib. Qadın və uşaqlarla keçirilən görüşlər, onlarla Ramazan sevincinin bölüşülməsi layihənin ən təsirli və yaddaqalan məqamlarından biri olub.

Təşəbbüsün həyata keçirilməsində “OBA” marketlər şəbəkəsi ilə yanaşı, “Siyəzən” markası və şəxsi markalardan biri olan “Aləmşah” düyüsü də iştirak edib. Tərəfdaşların birgə dəstəyi sayəsində daha çox insana çatmaq və daha çox sevinc paylaşmaq mümkün olub.

“OBA” marketlər şəbəkəsi bundan sonra da cəmiyyətə fayda verən, insanları bir araya gətirən və mənəvi dəyərləri yaşadan layihələri davam etdirməyi qarşısına məqsəd qoyub.


Əlaqəli Xəbərlər