Menyu

Saatlıda 50 yaşlı kişini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Operativ Media
Saatlıda 50 yaşlı kişini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Martın 22-də Saatlı rayonu Fətəlikənd kənd sakini 1976-cı il təvəllüdlü Rövşən Abdullayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Operativ Media xəbər verir ki, ilkin araşdırmalarla 1977-ci il təvəllüdlü Rizvan Söhbətovun Rövşən Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, R.Söhbətov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Əlaqəli Xəbərlər