Menyu

DİN-dən sürücülərə ciddi xəbərdarlıq: "Sərxoş halda sükan arxasına əyləşməyin!"

Operativ Media
DİN-dən sürücülərə ciddi xəbərdarlıq: "Sərxoş halda sükan arxasına əyləşməyin!"

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) yol hərəkəti iştirakçılarına müraciət edərək, spirtli içki və sərxoşluq yaradan digər maddələrin təsiri altında avtomobil idarə etməyin ağır fəsadları barədə növbəti dəfə xəbərdarlıq edib.

Operativ Media xəbər verir ki, bu haqda Nazirliyin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, sərxoş halda nəqliyyat vasitəsini idarə etmək böyük faciələrə yol açan ən təhlükəli amillərdən biridir. Qeyd olunub ki, sükan arxasında qəbul edilən bircə yanlış qərar nəinki sürücünün, eləcə də digər hərəkət iştirakçılarının həyatında geri dönüşü olmayan nəticələrə səbəb ola bilər.

DİN vətəndaşları məsuliyyətli olmağa çağırıb:

"Sərxoş halda sükan arxasına əyləşməyin! Özünüzün, doğmalarınızın və digər hərəkət iştirakçılarının təhlükəsizliyini riskə atmayın. Unutmayın ki, yollarda intizam və qaydalara riayət etmək hər bir sürücünün mənəvi və hüquqi borcudur".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər