Rusiyadan İrana göndərilən növbəti humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib - YENİLƏNİB
Operativ Media
Rusiyadan İrana göndərilən növbəti humanitar yardımı daşıyan yük maşınları bu gün saat 12:10-də “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsindən keçərək qonşu ölkəyə yola salınıb.
Operativ Media xəbər verir ki, yeddi avtomobildən ibarət olan yük karvanının daşıdığı humanitar yardımın ümumi həcmi 140 tondan artıqdır.
***
11:24
Rusiyadan İrana göndərilən növbəti humanitar yardım Cənub-Astara dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olub.
Operativ Media xəbər verir ki, 7 avtomobildən ibarət olan yük karvanı gömrük yoxlanışından keçdikdən sonra Şimal–Cənub dəhlizi vasitəsilə İran istiqamətinə yola salınacaq.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma