Menyu

Azərbaycanda 21 kiloqramdan çox narkotik aşkarlanıb

Operativ Media
Azərbaycanda 21 kiloqramdan çox narkotik aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 28-də ümumi çəkisi 21,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata görə, polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 alışdırıcı, 8 tüfəng və 100 ədəd müxtəlif çaplı patron da aşkarlayıblar.

Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Əlaqəli Xəbərlər