Menyu

Binəqədidə anbarda baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB 2 - FOTOLAR

Operativ Media
Binəqədidə anbarda baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB 2 - FOTOLAR

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən məhdudlaşdırılıb. 

Qurumdan Operativ Media-ya verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

                       ***

13:20

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

FHN-dən Operativ Media-ya verilən xəbərə görə, qüvvələr tərəfindən yanğın ərazisinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.

Əlavə məlumat veriləcək.

                          ***

12:28

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda yanğın başlayıb.

FHN-dən Operativ Media-ya verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Fotogalereya

Əlaqəli Xəbərlər