Menyu

Ağcabədidə ölkəyə qanunsuz olaraq narkotik maddələr gətirən İran vətəndaşı saxlanılıb

Operativ Media
Ağcabədidə ölkəyə qanunsuz olaraq narkotik maddələr gətirən İran vətəndaşı saxlanılıb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Operativ Media-ya bildirilib ki, əməliyyat zamanı İran vətəndaşı Mohammad Mosazadeh və Rəşad Əlifov Ağcabədi rayonu Aşağı Avşar kəndi ərazisində saxlanılıblar. Onlardan 2 kiloqram narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.

Araşdırma zamanı M.Mosazadehin narkotikləri idarə etdiyi yük maşınının gizli saxlanc yerində qanunsuz olaraq ölkə ərazisinə gətirdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər