Menyu

ANAMA-nın əməkdaşı Xocalıda qəzada ölüb

Operativ Media
ANAMA-nın əməkdaşı Xocalıda qəzada ölüb

Xocalıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, qəza zamanı həyatını itirən şəxs Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olub.

Belə ki, ANAMA əməkdaşı Elnur Rüstəmov idarə etdiyi yük daşıyan avtomobillə Xocalı rayon ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb.

Qəza nəticəsində E. Rüstəmov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər