AZAL biletlərə 30 faizədək endirim elan edib
Operativ Media
Azərbaycanın milli aviadaşıyıcısı AZAL yaz mövsümünün gəlişi ilə əlaqədar yeni endirim kampaniyasını elan edib.
Operativ Media xəbər verir ki, kampaniya çərçivəsində sərnişinlər biletləri 30 faizə qədər endirimlə əldə edə bilərlər.
Məlumata görə, satış kampaniyası 3 aprel tarixinədək davam edəcək.
Kampaniya daxilində Bakı–Moskva istiqaməti üzrə biletlər 203 manatdan, Bakı–İstanbul istiqaməti üzrə 193 manatdan, Bakı–Tbilisi istiqaməti üzrə 96 manatdan, Bakı–Paris istiqaməti üzrə biletlər 350 manatdan, Bakı–London istiqaməti üzrə 207 manatdan, Bakı–Berlin istiqaməti üzrə isə 251 manatdan başlayan qiymətlərlə başlayan qiymətlərlə təklif olunur.
Qeyd edək ki, endirimli biletlər 15 may tarixinədək həyata keçiriləcək uçuşlara şamil edilir.
Qeyd edək ki, endirimli biletlər 15 may tarixinədək həyata keçiriləcək uçuşlara şamil edilir.