Menyu

Azərbaycan Turizm Bürosu ilə PATA arasında Anlaşma Memorandumu imzalanıb

Operativ Media
Azərbaycan Turizm Bürosu ilə PATA arasında Anlaşma Memorandumu imzalanıb
1 dəq oxu

Azərbaycan Turizm Bürosu ilə Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) arasında Anlaşma Memorandumu imzalanıb.

Operativ Media xəbər verir ki, sənəd Bakıda keçirilən “PATA Hosted Buyers Summit Baku 2026” tədbiri çərçivəsində imzalanıb.

Memorandumu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və PATA-nın baş icraçı direktoru Nur Əhməd Həmid imzalayıblar.

Sənəd Asiya-Sakit Okean regionunda Azərbaycan haqqında məlumatlılığın artırılmasını və ölkənin turizm imkanlarının tanıdılmasını nəzərdə tutur.

Memorandum çərçivəsində regionun turizm bazarlarının nümayəndələri ilə əlaqələrin genişləndirilməsi, media nümayəndələri ilə əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də turizm sektorunun digər maraqlı tərəfləri arasında təcrübə və məlumat mübadiləsinin gücləndirilməsi planlaşdırılır.

Əlaqəli Xəbərlər