Qarabağın turizm potensialı Asiya-Sakit Okean regionunda təbliğ olunacaq
Qarabağın turizm potensialı Asiya-Sakit Okean regionunda təbliğ olunacaq.
Operativ Media xəbər verir ki, bunu Azərbaycan Türzm Bürosunun Baç icraçı direktoru Florian Zenqstşmid "PATA Hosted Buyers Baku 2026" sammitində jurnalistlərə bildirib.
O bildirib ki, Qarabağın unikal təbii və mədəni resurslarının Sakit Okean Asiya Turizm Assosiasiyası (PATA) vasitəsilə Asiya-Sakit Okean regionunda tanıdılması Azərbaycanın turizm potensialının beynəlxalq səviyyədə təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd olunub ki, Qarabağın zəngin tarixi, özünəməxsus memarlığı, füsunkar təbiəti və yenidən qurulan turizm infrastrukturu beynəlxalq turistlər üçün yeni imkanlar yaradır.
Bildirilib ki, xüsusilə mədəni irsə, təbiət turlarına və fərqli səyahət təcrübələrinə maraq göstərən Asiya bazarı Qarabağın turizm potensialının tanıdılması baxımından perspektivli istiqamətlərdən biridir.
Vurğulanıb ki, bu istiqamətdə həyata keçirilən təbliğat tədbirləri Qarabağın beynəlxalq turizm məkanlarından biri kimi tanıdılmasına və regiona turist marağının artırılmasına töhfə verə bilər.