Menyu

PATA sədri: Azərbaycan Asiya-Sakit Okean regionundan turistlərin cəlb olunmasında maraqlıdır

Şəfa Hüseynli
PATA sədri: Azərbaycan Asiya-Sakit Okean regionundan turistlərin cəlb olunmasında maraqlıdır
1 dəq oxu

Azərbaycan Asiya-Sakit Okean regionundan turistlərin cəlb olunmasında maraqlıdır.

Operativ Media xəbər verir ki, bunu PATA-nın sədri Henri Oh “PATA Hosted Buyers Baku 2026” sammitində jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycan Turizm Bürosu və Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) birgə təşkilatçılığı ilə keçirilən tədbir ölkənin Asiya-Sakit Okean regionunda tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bildirilib ki, Koreya Respublikası, Yaponiya, Çin, Sinqapur, İndoneziya və Malayziyadan 50 turizm alıcısının Azərbaycana səfəri onların ölkənin gözəllikləri, qonaqpərvərliyi və zəngin mətbəxi ilə tanış olması baxımından əhəmiyyətlidir.

Henri Oh vurğulayıb ki, Azərbaycan xalqının qonaqpərvərliyi və milli mətbəxi ölkənin əsas turizm üstünlüklərindəndir. Onun sözlərinə görə, PATA ilə əməkdaşlığın Asiya ölkələrindən Azərbaycana turist marağının daha da artmasına töhfə verəcəyi gözlənilir.

Əlaqəli Xəbərlər