Azərbaycan Makaoda konqresdə turizm imkanlarını təqdim edib
Operativ Media
Azərbaycan Turizm Bürosu (ATB) Çinin xüsusi inzibati ərazisi olan Makaoda keçirilən “Destination Wedding Planners Congress 2026” (DWP) tədbirində iştirak edib.
Dövlət Turizm Agentliyindən Operativ Media-ya bildirilib ki, Konqres çərçivəsində ATB nümayəndələri tədbir təşkilatçıları ilə 20 B2B görüş keçirərək əməkdaşlıq imkanlarını müzakirə edib və qarşılıqlı fikir mübadiləsi aparıblar.
Eyni zamanda, iştirakçılara Azərbaycanda toy mərasimləri və müxtəlif tədbirlərin təşkili imkanları barədə ətraflı məlumat təqdim olunub.
Qeyd edək ki, “Destination Wedding Planners Congress” (DWP) lüks toy təşkilatçılarını qabaqcıl məkanlar, hotellər, destinasiyalar və sənaye tərəfdaşları ilə bir araya gətirən qlobal səviyyədə aparıcı B2B platformalardan biridir.