Bakıdan Monteneqroya uçuşlar müzakirə edilib
Operativ Media
Azərbaycan və Monteneqro arasında bu il birbaşa çarter reyslərinin işə salınması müzakirə edilib.
Operativ Media xəbər verir ki, bunu Monteneqronun Azərbaycandakı konsulu Vüqar Əliyev Podqoritsada turizm naziri Simonida Kordiçlə görüşün yekunlarına dair "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Biz Azərbaycan və Monteneqro arasında turizm əlaqələrinin möhkəmləndirilməsini və 2026-cı il üçün birbaşa çarter reyslərinin planlaşdırılmasını müzakirə etdik. Əminik ki, əməkdaşlığımız bundan sonra da inkişaf edəcək və yaxşı nəticələr verəcək", - konsul qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net