Menyu

Azərbaycan Çində keçirilən 8-ci Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində təmsil olunur

Operativ Media
Azərbaycan Çində keçirilən 8-ci Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində təmsil olunur

Çinin Çendu şəhərində 8-ci Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisi təşkil edilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) Operativ Media-ya bildirilib ki, tədbirdə RİNN-in nümayəndə heyəti də təmsil olunur.

Sərginin açılış mərasimində Azərbaycan ilə Çin arasında imzalanmış mühüm sənədlər, strateji tərəfdaşlığın inkişaf dinamikası barədə məlumat verilib. Eyni zamanda nəqliyyat və logistika sahəsində mövcud olan sıx əməkdaşlıq xüsusi vurğulanıb.

Nümayəndə heyətimiz, həmçinin sərgi çərçivəsində keçirilən 10-cu Asiya – Avropa Multimodal Nəqliyyatın İnkişafı Konfransında iştirak edib. Toplantıda Azərbaycanın nəqliyyat sistemi, ölkənin beynəlxalq nəqliyyat dəhlizlərində, xüsusilə Orta Dəhlizdə rolu və həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilib.

Sərgidə Azərbaycanın nəqliyyat-logistika potensialını əks etdirən stend təqdim olunur.

Fotogalereya

Əlaqəli Xəbərlər