Menyu

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Şəfa Hüseynli
Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

İyunun 15-də Azərbaycan Turizm Bürosu (ATB) İspaniyanın Barselona şəhərində keçirilən “WiT Phocuswright Middle East” tədbirində iştirak edib.

Bu barədə Operativ Media-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, qlobal turizm sənayesinin aparıcı nümayəndələrini və innovasiya liderlərini bir araya gətirən tədbirdə sektorun inkişaf tendensiyaları, bazar dinamikası və gələcək perspektivləri müzakirə olunub.

Tədbir çərçivəsində Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid panel müzakirələrində iştirak edərək qlobal turizm təcrübələri, Azərbaycanın turizm destinasiyası kimi mövqeyi və ölkədə turizmin inkişaf istiqamətləri ilə bağlı fikirlərini bölüşüb.

Müzakirələr zamanı destinasiyaların mövqeləndirilməsi, regional turizm dinamikası, məlumat əsaslı qərarvermə yanaşmaları və turizmin inkişafında sosioloji amillərin rolu kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

“WiT Phocuswright Middle East” turizm sənayesinin gələcəyi və Yaxın Şərq regionunun qlobal turizm ekosistemində rolu ilə bağlı müzakirələr üçün aparıcı beynəlxalq platformalardan biri hesab olunur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər