Menyu

İrlandiyada "Google" şirkəti 403 milyon avro cərimələnib

Əziz Əzizli
İrlandiyada "Google" şirkəti 403 milyon avro cərimələnib

İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası (DPC) istifadəçilərin məkan məlumatlarının emalı ilə bağlı qaydaları pozduğuna görə “Google” şirkətini 403 milyon avro məbləğində cərimələyib.

Operativ Media xəbər verir ki, bu barədə RTE telekanalı məlumat yayıb.

Araşdırma zamanı DPC “Google”un istifadəçilərin məkan məlumatlarının emalı ilə bağlı bir sıra pozuntulara yol verdiyini müəyyənləşdirib.

Bildirilib ki, istifadəçilər məkan məlumatlarının reklamların nümayiş etdirilməsi və onların maraq dairəsinin müəyyənləşdirilməsi kimi məqsədlərlə istifadə olunduğundan xəbərsiz ola bilərdilər. Bu isə onların şəxsi məlumatlarına nəzarət imkanlarını məhdudlaşdıra bilərdi.

Məlumatların qorunması qaydalarına əsasən, məkanla bağlı məlumatlar qanuni, ədalətli və şəffaf şəkildə emal edilməlidir.

DPC araşdırmaya 2020-ci ilin fevralında başlayıb. Buna səbəb Avropanın bir sıra istehlakçı hüquqlarının müdafiəsi təşkilatlarından “Google”un müəyyən xidmət və məhsullarda məkan məlumatlarını emal etməsi ilə bağlı daxil olan şikayətlər olub.

Araşdırmanın nəticəsi olaraq komissiya “Google”a ümumilikdə 403 milyon avro cərimə tətbiq edib. Şirkətə həmçinin məlumatların emalı sistemini müəyyən edilmiş tələblərə uyğunlaşdırmaq üçün altı ay vaxt verilib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər