Litva 2027-ci ildə PUA-lara qarşı sistem quracaq
Litva 2027-ci ilin sonunadək ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatlarına (PUA) qarşı inteqrasiya olunmuş mübarizə sistemi yaradacaq.
Operativ Media xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Robertas Kaunas Politika.lt portalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, hava məkanının müşahidəsi və dronların zərərsizləşdirilməsi üçün müxtəlif vasitələri vahid sistemdə birləşdirəcək layihə üzrə işlər davam edir.
Layihənin rəsmi olaraq 2027-ci ilin sonunda başa çatdırılması nəzərdə tutulur. Bununla belə, Litva tərəfi sistemin gələn ilin ortalarınadək hazır olmasına çalışır.
Litva ordusu və Müdafiə Nazirliyinin planına əsasən, yeni sistem hava obyektlərinin operativ aşkarlanmasını, qərarların sürətli qəbulunu və dronların zərərsizləşdirilməsi üçün cavab tədbirlərinin işə salınmasını təmin etməlidir.
Robertas Kaunas layihənin böyük maliyyə vəsaiti tələb etdiyini də bildirib. Nazir xərclərin milyardlarla ölçüləcəyini qeyd edib.
dəqiqələr içində saytın olsun.