Fəaliyyətinin 10 illiyində "OBA"dan təbiətə toxunuş - VİDEO
Fəaliyyətinin 10 illiyini qeyd edən “OBA” marketlər şəbəkəsi “Qonşuluqda 10 iz” silsilə korporativ sosial məsuliyyət layihələri çərçivəsində növbəti təşəbbüsünü 20 sentyabr – Dünya Təmizlik Gününə hsər edib.
Operativ Media xəbər verir ki, bu dəfə “OBA”nın region üzrə satış əməkdaşları Nabran ərazisində bir araya gələrək meşəlik və dənizkənarı sahələrin təmizlənməsinə töhfə veriblər.
Təmizlik aksiyası zamanı ərazidəki tullantılar toplanıb, meşə və sahilboyu ərazilərin daha təmiz və sağlam mühitə çevrilməsi istiqamətində birgə iş aparılıb. Təşəbbüsün əsas məqsədi ətraf mühitə məsuliyyətli yanaşmanı təşviq etmək, təbiətin qorunmasına diqqəti artırmaq və əməkdaşları ortaq sosial dəyər ətrafında birləşdirmək olub.
10 il ərzində Azərbaycanın müxtəlif bölgələrində müştərilərinin gündəlik həyatının bir hissəsinə çevrilən “OBA” yubiley ilində bu qonşuluğun izini sosial layihələrlə davam etdirir. “Qonşuluqda 10 iz” təşəbbüsü çərçivəsində həyata keçirilən layihələr cəmiyyətə, insanlara və ətraf mühitə fayda yaratmaq məqsədi daşıyır.
Nabranda keçirilən ekoloji aksiya da bu yanaşmanın təbiətdə qoyulan izlərindən biri olub. “OBA” bundan sonra da ətraf mühitin qorunmasına, təmiz və sağlam yaşayış mühitinin formalaşdırılmasına xidmət edən təşəbbüsləri davam etdirməyi hədəfləyir.
dəqiqələr içində saytın olsun.