Menyu

Azərbaycan və BQXK arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Operativ Media
 Azərbaycan və BQXK arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Şpolyarits ilə görüşüb.

Operativ Media xəbər verir ki, görüş zamanı Azərbaycan ilə BQXK arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər Azərbaycan-Ermənistan sülh prosesinin hazırkı vəziyyəti, keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər, eləcə də itkin şəxslərin taleyinin müəyyənləşdirilməsinin vacibliyi barədə fikir mübadiləsi aparıblar.

Azərbaycan tərəfi beynəlxalq humanitar hüquqa və humanitar prinsiplərə sadiqliyini bir daha vurğulayıb.

Həmçinin BQXK ilə qarşılıqlı maraqlar əsasında dialoqun davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər