Menyu

Ombudsman nümayəndələri Əfv Sərəncamının icrası prosesində iştirak ediblər

Nicat Hüseynli
Ombudsman nümayəndələri Əfv Sərəncamının icrası prosesində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Əfv Sərəncamının icrası prosesində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) nümayəndələri iştirak edib.

Operativ Media xəbər verir ki, bu barədə Ombudsmanın Mətbuat Xidməti məlumat yayıb.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 19 nəfər, həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Əfv olunan şəxslər sırasında Ombudsmanın vəsatəti əsasında əfv olunması təklif edilən şəxslər də yer alıb.

Ombudsmanın nümayəndələri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müvafiq penitensiar müəssisələrində keçirilən tədbirlərdə həçinin, əfv olunan şəxslərin azadlığa buraxılmaları barədə sənədlərin təqdim edilməsində iştirak ediblər.

Tədbirlər zamanı azadlığa buraxılan şəxslərə hüquq və azadlıqlarının təmin olunması, cəmiyyətə reinteqrasiyası və sosial adaptasiyası ilə bağlı tövsiyələr verilib.

Qeyd edək ki, Ombudsman tərəfindən məhkumların əfv olunması ilə bağlı müraciətlərin araşdırılması istiqamətində mütəmadi iş aparılır, zəruri hallarda şəxslərin əfv olunması ilə bağlı Əfv Məsələləri Komissiyasına vəsatətlər təqdim edilir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər