Menyu

Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

Operativ Media
Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Serbiyanın xarici işlər naziri Marko Duriçlə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan-Serbiya strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Nazirlər siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafı, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıblar.

Görüşdə yüksək səviyyəli təmasların, siyasi dialoqun və parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişafındakı mühüm rolu vurğulanıb.

Həmçinin Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurası, Hökumətlərarası Komissiya və iki ölkənin xarici işlər nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələr kimi mexanizmlərin əməkdaşlığın genişləndirilməsinə töhfəsi qeyd olunub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər