Beyləqanda minik maşını kanala düşüb
Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, qəza rayonun Sarısu qəsəbəsi ərazisində qeydə alınıb.
Hərəkətdə olan “Niva” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı kanala düşüb. Nəticədə avtomobildə olan 5 nəfər xəsarət alıb.
Xəsarət alanlardan 4-ü İran vətəndaşı, 1-i isə Saatlı rayon sakinidir.
İran vətəndaşları — 1968-ci il təvəllüdlü Gholamhossein Sareban Gholamreza oğlu, 1959-cu il təvəllüdlü Alireza Mohajer Ashoor oğlu, 1977-ci il təvəllüdlü Ali Kekani Bijan və 1968-ci il təvəllüdlü Mahdi Abbaszadeh Khodaverdi oğlu, həmçinin 1970-ci il təvəllüdlü Saatlı rayon sakini Ağayev Mirnamiq Mirəziz oğlu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Yaralılara ilkin tibbi yardım göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
dəqiqələr içində saytın olsun.