Yuri Maksimov: “Bizim üçün çox həssas məqamdır”
Mümkün qədər üst sıralara qalxmalıyıq.
Operativ Media xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın yeni baş məşqçisi Yuri Maksimov təyinatı və komanda ilə bağlı klubun rəsmi saytına açıqlamasında deyib.
O, Premyer Liqanın maraqlı keçdiyini vurğulayıb.
“Azərbaycanda ilk dəfə işləmirəm. Burada əvvəllər də işlədiyimə görə, mentaliteti bilirəm, futbolçuların bir qismini tanıyıram. Bakıda kifayət qədər dostlarım da var.
Premyer Liqanın maraqlı keçdiyini deyə bilərəm. Təbii ki, bunun nəticəsidir ki, Azərbaycanın UEFA Çempionlar Liqasının qrup mərhələsində təmsilçisi var.
“Araz-Naxçıvan”a gəldikdə, “İmişli” ilə oyun istisna olmaqla qalan matçlarını izləmişəm. Komanda, heyətlə bağlı ümumi məlumatım var. Harada axsadığımızı, harada üstünlük qazana biləcəyimizi bilirəm. İşləmək lazımdır. Sabah kollektivlə ilk məşqimizə çıxacağıq. Bilirəm ki, 4 futbolçumuz milli komandaların düşərgəsinə yollandığına görə, bizə sonra qoşulacaqlar.
İndiki məqamda ilk tapşırığımız turnir cədvəlinin sonuncu pilləsindən üst sıralara yüksəlməkdir. Komanda özünə inanmalıdır. Mümkün qədər üst sıralara qalxmalıyıq. İndi bizim üçün çox həssas məqamdır. Yenə deyirəm, asan olmayacaq. Çünki çempionat çox rəqabətli keçir, komandalar güclüdürlər və hər birinin müəyyən məqsədi var”.
dəqiqələr içində saytın olsun.