Pezeşkian: ABŞ ilə danışıqlar təslim olmaq demək deyil
Operativ Media
ABŞ ilə danışıqlar təslim olmaq demək deyil, ölkəmiz gücünün zirvəsindəykən müdriklik, şərəf və maraqları nəzərə alaraq danışıqlar yolunda addım-addım irəliləməyi hədəfləyib.
Operativ Media-nın İran mediasına istinadən məlumatına görə, bunu İran Prezidenti Məsud Pazeşkian deyib.
Dövlət başçısı ABŞ ilə müharibə və danışıqların mümkünlüyünü vurğulayıb. O, qeyd edib ki, İran ərazi bütövlüyünü müdafiə edir və müharibəni məqsəd kimi görmür: "Məqsədimiz müharibəyə son qoymaq, blokadanı qaldırmaq, bloklanmış resursları azad etmək və sonra nüvə danışıqları aparmaqdır".
Pezeşkian vurğulayıb ki, ABŞ ilə danışıqlar təslim olmaq demək deyil: "Çin kimi ölkələr iqtisadi rəqabət yolu ilə özlərini sübut edirlər. Vətəni qorumaq, xalqa xidmət etmək vacibdir".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net