Velko Simiç: Hər şey ikinci oyundan asılıdır
"Sabah"ın futbolçuları qarşıdakı oyunu böyük səbrsizliklə gözləyirlər.
Operativ Media xəbər verir ki, bunu “Sabah”ın serbiyalı futbolçusu Velko Simiç UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində İsrailin “Hapoel” komandası ilə oyundan sonra deyib.
Simiç bildirib ki, ilk matç komandanın ən yaxşı oyunlarından biri olmasa da, bütün diqqət cavab qarşılaşmasına yönəlib:
“Ola bilər ki, bu, bizim ən yaxşı keçirdiyimiz oyunlardan biri deyil. Amma hər şey ikinci oyundan asılıdır. Nəticə hələ də bəlli deyil. Oyunumuzda bəzi məqamlar var ki, onları daha da yaxşılaşdırmalı və inkişaf etdirməliyik".
O, komandasının nəticəsinin qollarından daha önəmli olduğunu qeyd edib.
"Əlbəttə, Çempionlar Liqasının bu mərhələlərində qol vurmaq möhtəşəm hissdir. Amma mənim üçün komandanın nəticəsi daha önəmlidir. Biz daha yaxşı çıxış etmək istəyirik. Əgər Bakıda çox yaxşı nəticə əldə edib, Çempionlar Liqasının əsas mərhələsinə adlasaq, bu, mənim üçün vurduğum qollardan daha böyük mükafat olacaq".
Simiç cavab oyunu üçün azarkeşlərə də səslənib.
"Qarşıdakı oyunu böyük səbirsizliklə gözləyirik. Bütün azarkeşlərimizə səslənirəm ki, oyuna gəlib stadionu doldursunlar. Yenidən möcüzəvi bir gecə yaşaya bilərik”.
dəqiqələr içində saytın olsun.