Menyu

Vizasız gediş-gəliş tətbiq olunan ölkələrin siyahısı genişləndiriləcək

Nərmin Qocamanlı
Vizasız gediş-gəliş tətbiq olunan ölkələrin siyahısı genişləndiriləcək

Azərbaycanı beynəlxalq turizm məkanı kimi daha əlçatan etmək məqsədilə viza rejiminin liberallaşdırılması istiqamətində növbəti addımlar atılır.

Operativ Media xəbər verir ki, Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramına əsasən, hədəf turizm bazarlarından turist axınını stimullaşdırmaq üçün vizasız gediş-gəliş tətbiq olunan ölkələrin siyahısı genişləndiriləcək.

Bunu da oxu: Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib

Tədbirlər Planına əsasən, ümumvətəndaş pasportları əsasında hədəf turizm ölkələrinin vətəndaşlarına münasibətdə birtərəfli və ya qarşılıqlı qaydada vizasız gediş-gəliş rejiminin tətbiqi üçün zəruri dövlətdaxili prosedurlar həyata keçiriləcək.

Proqramın aralıq nəticəsi kimi 28 hədəf turizm ölkəsinin vətəndaşları üçün vizasız gediş-gəliş rejiminin tətbiqinin təmin edilməsi nəzərdə tutulur. Yekun hədəf isə bu göstəricinin 34 ölkəyə çatdırılmasıdır.

Tədbirin icra müddəti 2026–2030-cu illəri əhatə edir.

Tədbirin əsas icraçısı Nazirlər Kabinetidir. Prosesə Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agentliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumlar cəlb ediləcək.

Dövlət Proqramında viza siyasətinin yumşaldılması ilə yanaşı, turizm məqsədilə çoxdəfəlik elektron vizaların verilməsi prosedurlarının təkmilləşdirilməsi və elektron viza, o cümlədən sərhəddə viza rejimi tətbiq olunan ölkələrin sayının artırılması da nəzərdə tutulub. Çoxdəfəlik elektron vizaların verilməsi üçün “ASAN Viza” sistemi üzrə prosedurların və texniki imkanların yenilənməsi planlaşdırılır.

Bundan başqa, elektron viza rejiminin tətbiq ediləcəyi yeni ölkələrin siyahısının müəyyənləşdirilməsi, sərhəddə viza rejiminin müddətsiz əsaslarla tətbiqinin nəzərdən keçirilməsi və müəyyən ediləcək yeni ölkələrin vətəndaşlarına elektron viza imkanının yaradılması nəzərdə tutulur. Bu tədbirlərin 2026–2027-ci illərdə həyata keçirilməsi planlaşdırılır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər