Azərbaycanda turizm təhsili beynəlxalq standartlara uyğunlaşdırılacaq
Azərbaycanda turizm sahəsi üzrə yüksəkixtisaslı kadrların hazırlanması üçün təhsil müəssisələrinin maddi-texniki bazasının və tədris infrastrukturunun müasirləşdirilməsinə başlanılır.
Operativ Media xəbər verir ki, "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"na əsasən, ixtisaslaşmış təhsil ocaqlarının — Azərbaycan Turizm və Menecment Universitetinin, Bakı Turizm Peşə Məktəbinin və Mingəçevir Turizm Kollecinin infrastruktur bazası təkmilləşdiriləcək.
Görülən tədbirlər nəticəsində təhsil proqramlarının beynəlxalq təcrübəyə uyğunlaşdırılması, peşə təlimlərində iştirak edənlərin və turizm ixtisası üzrə məzunların sayının artırılması hədəflənir. Həmçinin ikili diplom proqramları vasitəsilə yüksek nəticə göstərən abituriyentlərin bu sahəyə cəlb olunması təşviq ediləcək.
dəqiqələr içində saytın olsun.