Menyu

Tramp Retkliffin Moskva səfərindən danışıb

Operativ Media
Tramp Retkliffin Moskva səfərindən danışıb

ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Moskvaya səfəri ilə bağlı açıqlama verib.

Operativ Media xəbər verir ki, Tramp Retkliffin Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə çox yaxşı münasibətlərinin olduğunu bildirib.

Onun sözlərinə görə, Retkliff rusiyalı həmkarı ilə hər altı aydan bir və ya ildə bir dəfə görüşür.

ABŞ Prezidenti avqustun 25-də baş tutan Moskva səfərini rutin görüş kimi qiymətləndirib və medianın bu səfəri geniş şəkildə işıqlandırmasına təəccübləndiyini deyib.

“Onların çox yaxşı münasibətləri var. Heç bir xüsusi mesaj yox idi və qeyri-adi heç nə baş vermədi”, - deyə Tramp vurğulayıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər