Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb - YENİLƏNİB
Ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib.
Operativ Media xəbər verir ki, qeydiyyat 28 avqust saat 11:00-dan 8 sentyabr saat 18:00-a qədər davam edəcək.
Abituriyentlər qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirəcəklər. Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
***
10:29
Bu gündən ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır.
Dövlət İmtahan Mərkəzindən (DİM) Operativ Media-ya verilən məlumata görə, qeydiyyat sentyabrın 8-i saat 18:00-dək davam edəcək.
Qeyd edək ki, qəbul olunanların ali təhsil müəssisələri üzrə qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir.
Eyni zamanda, ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi bu gündən başlayır və sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.
dəqiqələr içində saytın olsun.