Menyu

"Qarabağ" 2-ci transferini açıqladı

Operativ Media
"Qarabağ" 2-ci transferini açıqladı
1 dəq oxu

"Qarabağ" növbəti transferini gerçəkləşdirib.

Operativ Media xəbər verir ki, Polşanın "Qurnik" (Zabje) klubu ilə danışıqlar uğurla nəticələndikdən sonra Taofik İsmahil Ağdam klubuna keçib.

26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Nigeriyalı forvard komandamızda 19 nömrəli forma ilə çıxış edəcək.

Norveçdə "Şeyd", "Fredrikstad", "Volorenqa", Fransada "Loryan", Belçikada "Beveren"də çıxış edən hücumçu 2024-cü ildə "Qurnik"ə keçib. Nigeriyalı futbolçu "Lex"də də forma geyinib.

Əlaqəli Xəbərlər