"Qarabağ" daha bir transferi bitirmək üzrədir
Operativ Media
“Qarabağ” Kiprin APOEL klubunun yarımmüdafiəçisi Dieqo Rosanın transferini tamamlayıb.
Operativ Media Futbolinfo.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçunun keçidinin detalları müəyyənləşib. Klublar arasında razılığa əsasən, “Qarabağ” 200 min avro müqabilində 23 yaşlı oyunçunu birillik icarəyə götürüb.
Rosa cari mövsüm “Qarabağ”ın oyunlarının ən azı 50 faizində iştirak edərsə, ağdamlılar onu 1 milyon avro qarşılığında birdəfəlik transfer etmək məcburiyyətində olacaq. Həmin məbləğin 500 mini APOEL-ə, 500 mini isə sabiq klubu “Bahia”ya çatacaq.
Bundan başqa, müqavilədə yer alan bəndə əsasən, oyunçunun gələcək satışından APOEL də pay əldə edəcək.
“Qarabağ”ın Dieqo Rosanın transferini bu gün açıqlaması gözlənilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net