Nepalda daşqında ölənlərin sayı 390-a yüksəlib - YENİLƏNİB 4
Nepalın şimal ərazisində daşqın nəticəsində ölənlərin sayı 389 nəfərə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə ölkə polisi xəbər verib.
"389 nəfərin meyiti tapılıb, ümumilikdə 466 nəfər yaralanıb və xilas edilib", - son hesabatda deyilir.
16:56
Nepalda davam edən axtarış-xilasetmə əməliyyatları fonunda dağıdıcı daşqın nəticəsində ölənlərin sayı 359-a çatıb.
Operativ Media xəbər verir ki, bu barədə “The Kathmandu Post” məlumat yayıb.
Polis və təhlükəsizlik qüvvələri itkin düşənlərin axtarışını davam etdirir.
***
15:35
Nepalın şimalında baş verən daşqın nəticəsində həlak olanların sayı 332-yə yüksəlib.
Operativ Media xəbər verir ki, bu barədə “The Kathmandu Post” məlumat yayıb.
Məlumata görə, ən çox cəsəd Çitvan və Şərqi Navalparasi dairələrində aşkarlanıb. Polis və təhlükəsizlik qüvvələri həmin ərazilərdə axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
***
13:24
Nepalın Çin sərhədinə yaxın Rasuva və ətraf ərazilərində baş verən sel nəticəsində ölənlərin sayı 270-ə yüksəlib.
Operativ Media xəbər verir ki, bu barədə “The Kathmandu Post” məlumat yayıb.
Məlumata görə, ölkənin Çin sərhədinə yaxın bölgələrində baş verən sel fəlakəti nəticəsində itkilərin sayı artıb.
***
10:24
Nepalda baş verən daşqınlar nəticəsində ən azı 175 nəfər ölüb, 476 əcnəbi itkin düşüb.
Operativ Media xəbər verir ki, bu barədə Hindistanın ANI xəbər agentliyi Nepal səfirliyindəki mənbələrə istinadən bildirib.
Agentliyin mənbələri bildirib ki, "Hazırda 175 cəsəd tapılıb. Həm yerli sakinlər, həm də turistlər daxil olmaqla çox sayda insan itkin düşüb. Son məlumata görə, 28 ölkədən 476 nəfər hələ də itkin düşmüş hesab olunur".
Qeyd edək ki, avqustun 26-sı səhər Nepalın şimalında daşqın baş verib. İlkin məlumatlara görə, daşqın dalğasına Rasuvaqadi sərhəd keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə, Nepal-Çin sərhədində qar və qaya uçqunu səbəb olub.