Menyu

UEFA Konfrans Liqası: "Qarabağ" mübarizəni dayandırdı

Operativ Media
UEFA Konfrans Liqası: "Qarabağ" mübarizəni dayandırdı
1 dəq oxu

"Qarabağ" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa çıxıb.

Operativ Media xəbər verir ki, Azərbaycan təmsilçisi Niderlandın "Tvente" komandasını qonaq edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç Niderland təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə "Qarabağ" mübarizəni dayandırıb.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk qarşılaşmada Qurban Qurbanovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Əlaqəli Xəbərlər